Həyatlarını riskə ataraq seldə qalmış hindistanlı üçün əl-ələ verdilər: Həyəcanlı anlar - VİDEO
28-06-2023, 12:09
Hindistanda sel axınının ortasında avtomobilinin içərisində köməksiz vəziyyətdə qalan şəxsin bir qrup sakin tərəfindən xilas edilməsi görüntüləri yayılıb.
Kadrlarda həyatlarını təhlükəyə atan bir qrup sakinin əl-ələ verərək canlı zəncir yaratdığı görünür. Kişilərdən biri maşına çatır və sürücünün arxa oturacaqdan çıxmasına yardım edir. Ancaq axın sürücünü aparır. Bununla belə sakinlərin əlbirliyi sayəsində onu xilas etmək mümkün olub.