Ailəsi ilə çimərliyə gedən gənc oğlan öldü 28-06-2023, 14:22 Bakıda daha bir gənc çimərıikdə boğularaq ölüb.“Qafqazinfo” xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsindəki çimərlikdə baş verib.Valideynləri və digər ailə üzvləri ilə birgə dəniz sahilinə istirahətə gedən 2001-ci ilə təvəllüdlü Anar İlqar oğlu Abbasov suda boğulub.Onun meyiti çıxarılaraq təhvil verilib.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş