İranda qum fırtınası: Ölən var

29-06-2023, 12:16           
İranda qum fırtınası: Ölən var
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində azı bir nəfər ölüb, 1100-dən çox insan zərər çəkib.

Bu barədə çərşənbə günü əyalətin böhran idarəsinin rəhbəri Məcid Mohebi məlumat verib.

“Son həftə ərzində Sistan və Bəlucistanda ən azı 1191 nəfər külək və toz səbəbindən tibbi yardıma müraciət edib. Bir nəfər nəfəs almaqda problemlər yaradan fəsadlardan dünyasını dəyişib”, - o bildirib.


Həkimlərin sözlərinə görə, müraciətlərin əsas səbəbi görmə, nəfəs alma və ürək problemləri ilə bağlıdır. Mohebi onu da qeyd edib ki, 171 nəfər hələ də mütəxəssislərin nəzarətindədir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru