Rusiyada kimya müəssisəsində güclü yanğın: Ölən var - VİDEO

29-06-2023, 15:17           
Rusiyada kimya müəssisəsində güclü yanğın: Ölən var - VİDEO
Rusiyanın Nijni Novqorod şəhərində “Balsam” şirkətində yanğın baş verib.

Hadisə nəticəsində bir nəfər həlak olub.

“İlkin məlumata görə, iyunun 29-da Moskva vaxtı ilə saat 9:50-də (Bakı vaxtı ilə 10:50 - red.) “Balsam” şirkətinin ərazisində sistern alovlanıb, nəticədə bir nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilib.

Bir qədər sonra xəsarət alan şəxsin - yük maşınının sürücüsünün - həlak olduğu barədə məlumat verilib.

Regional Fövqəladə Hallar Nazirliyi Baş İdarəsindən verilən məlumata görə, yük maşını və bir neçə qaraj yanır. Yanğının söndürülməsinə 51 nəfər canlı qüvvə və 14 texnika cəlb olunub. Yanğın 800 kv.m sahədə lokallaşdırılıb.
Şirkətin saytında müəssisənin kimyəvi məhsulların istehsalı ilə məşğul olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.



Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru