Burkina-Fasoda silahlılar 70-dən çox əsgər və polisi öldürüb

1-07-2023, 08:08           
Burkina-Fasoda silahlılar 70-dən çox əsgər və polisi öldürüb
Burkina-Fasoda silahlılar bir gündə azı 71 nəfəri - 31 əsgər və 40 polisi öldürüb.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" hərbi və təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.

Hücumlar silahlılar tərəfindən iyunun 26-da ölkənin şimalında və mərkəzi bölgəsində həyata keçirilib.

Burkina-Faso son illərdə Qərbi Afrikada silahlıların terror fəaliyyətinin mərkəzinə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru