Kral üzr istədi

2-07-2023, 00:14           
Kral üzr istədi
Niderland kralı Uillem Aleksandr ölkənin keçmişdə köləlik və qul ticarətində oynadığı rola görə rəsmi üzr istəyib.

Modern.az xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası məlumat yayıb.

"Bu gün sizin kralınız və hökumətin üzvü kimi mən şəxsən üzr istəyirəm ki, kral sarayı bunun qarşısını almaq üçün heç bir iş görmədilər", - o deyib

Onun fikrincə, köləlik və qul alveri “insanlığa qarşı cinayətdir. Kral vurğulayıb ki, “insanları heyvana çevirən qanunların arxasında gizlənmək yolverilməzdir”.

2022-ci ilin dekabrında ölkənin hazırkı baş naziri Mark Rutte də Niderlandın köləlikdəki roluna görə üzrə istəyib.

Qeyd edək ki, Niderland koloniyalarında quldarlıq və qul ticarəti 1 iyul 1863-cü ildə ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru