60 ildir YUXUSUZ OLAN adam - FOTO

2-07-2023, 10:14           
60 ildir YUXUSUZ OLAN adam - FOTO
80 yaşlı vyetnamlı kişi yuxu qabiliyyətini itirdiyini və həmişə oyaq olduğunu dediyi üçün ona "fövqəlbəşər" adı verilib.

Bu barədə "The Daily Star" məlumat yayıb.

Vyetnamlı Tay Nqok 60 ildir yatmadığını deyib. Gəncliyində keçirdiyi qəribə qızdırmadan sonra yuxusuzluq ona qalib gəlib. Nqokun dostları və ailəsi onun heç vaxt yatdığını görmədiklərini təsdiqləyiblər. Onun vəziyyətini yoxlayan həkimlər də gecə istirahət etdiyinə dair heç bir sübut tapmayıblar. Ağır yuxusuzluq vəziyyətinə baxmayaraq, kişi yorğunluq və ya halüsinasiya əlamətləri hiss etmir.

Blogger Dryu Binski ilə müsahibədə Nqok etiraf edib ki, sonuncu dəfə nə vaxt yuxuya getdiyini xatırlamır. Kişi əsas enerji mənbələri kimi "yaşıl çay və düyü şərabını" adlandırıb. Binski ilə söhbət zamanı o da məlum olub ki, Vyetnam müharibəsi zamanı Nqok qolundan yaralanıb. Binski, yuxusuzluğuna post-travmatik stress pozğunluğunun səbəb ola biləcəyini irəli sürüb.

Yaşına baxmayaraq, vyetnamlı hələ də işləyir: gündüzlər əkinçilik və tarlalara qulluq edir, gecələr isə şərab hazırlayır. Adətən səhər saat 4 radələrində Nqok hələ də bir müddət yuxuya getmək ümidi ilə yatmağa gedir, lakin onun cəhdləri istənilən nəticəni vermir.


Referans.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru