"Cənub" elan etdi: İki rus sualtı daşıyıcısı...

2-07-2023, 11:18           
"Cənub" elan etdi:
Rusiya qüvvələri Qara dənizdə reaktiv yaylım atəş sistemlərinin rotasiyasını həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığının məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya bir yerüstü daşıyıcını iki sualtı daşıyıcı ilə əvəz edib.

"Düşmənin hərəkətlərində müəyyən fasilə var. Hava hücumu siqnallarına diqqət artırılmalıdır. Öz təhlükəsizliyinizə laqeyd yanaşmayın: çaxnaşma yaratmayın, lakin diqqətli və şüurlu olun", - komandanlığın xəbərdarlığında qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru