Afrikada “tıxac”da qalanlar 50 meymunla bəbirin davasını izlədilər - VİDEO

16-08-2023, 14:14           
Afrikada “tıxac”da qalanlar 50 meymunla bəbirin davasını izlədilər - VİDEO
Cənubi Afrikada 50 babuin meymunu və bir bəbir magistral yolu bağlayıb.

Heyvanlara görə tıxacda qalan Riki da Fonsekanın sözlərinə görə, hadisə Kruger Milli Parkının ərazisində baş verib.

Qadın izah edib ki, bəbir, çox güman, ova çıxıb, lakin meymun sürüsünün öhdəsindən gələ bilməyib. Yırtıcı öz hədəfinə çatdıqdan sonra onlarla meymunun hücumuna məruz qalıb. Heyvanlar arasında dava düz yolun kənarında baş verdiyi üçün sürücülər dayanmalı olublar.
Riki bildirib ki, heyvanlardan heç biri xəsarət almayıb. Ovsuz qalan bəbir isə qaçıb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru