Avstriyada gülməli soyğunçuluq hadisəsi - VİDEO

16-08-2023, 15:33           
Avstriyada gülməli soyğunçuluq hadisəsi - VİDEO
Avstriyada mağazadan oğurluq etmək istəyən şəxs silahı kassirə doğru yönəldib və pul tələb edib.

Lakin qadın sakit tərzdə soyğunçuya onun çox gec gəldiyini deyib. Kassir qadın bildirib ki, avtomat kassa bir saat əvvəl bağlanıb və onu açmaq fiziki cəhətdən mümkün deyil.

Bunu mağaza müdiri də təsdiqləyib. “Bağışlayın, bir saat tez gəlməli idiniz. Çox təəssüf edirəm”, - deyə müdir qeyd edib.

Cinayətkar mübahisə etməyib, sakitcə silahı yerə qoyub və çıxıb gedib.

Bir müddət sonra o yenə də qayıdıb. “Dəqiq kassanı heç cür açmaq mümkün deyil?”, - deyə oğru bir daha nəzakətlə soruşub. O, yenə eyni cavabı alıb, kədərlənib və gedib (bu dəfə birdəfəlik).
Hazırda uğursuz soyğunçu polis tərəfindən axtarılır.

Ertəsi gün naməlum şəxs həmin rayondakı yanacaqdoldurma məntəqəsini qarət edib. Onun eyni “bəxtsiz” maskalı cinayətkar olduğu ehtimal edilir.

Mənbə: “Komsomolskaya pravda” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru