DSX-nin UAZ-ı yandı

16-08-2023, 10:16           
DSX-nin UAZ-ı yandı
Dövlət Sərhəd Xidmətinin (DSX) texniki təmir parkında yanğın olub.

Teref.az-ın APA-ya istinadla məlumatına görə, avqustun 15-dən 16-a keçən gecə Dövlət Sərhəd Xidmətinin (DSX) Şəki Sərhəd Dəstəsinin Şəki şəhərində yerləşən Texniki Təmir parkının ərazisində yerləşən ümumi sahəsi 250 kv/m olan və 4 boksdan ibarət qarajın içərisində dayanmış “UAZ” markalı minik avtomobilində yanğın olub.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın qısa müddət ərazində məhdudlaşdırılaraq ətrafa yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanaraq maşın yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru