Yapon alpinist faciəvi şəkildə öldü: 5 min 380 metrdən yıxıldı

16-08-2023, 14:28           
Yapon alpinist faciəvi şəkildə öldü: 5 min 380 metrdən yıxıldı
Yaponiyalı alpinist Şinji Tamura Pakistanın Gilgit-Baltistan bölgəsində zirvəyə qalxarkən 5380 metr hündürlükdən yıxılaraq ölüb.
Bakupost.az xəbər verir ki, Yaponiyadan olan iki alpinist Gilgit-Baltistan bölgəsinin Andak vadisində zirvəyə qalxmaq istəyib.

Pakistan Alpinizm Klubunun katibi Karrar Haidri verdiyi açıqlamada yapon alpinist Shinji Tamuranın yuxarıda adı çəkilən zirvəyə qalxarkən 5380 metr hündürlükdə yıxılaraq öldüyünü bildirib.

Haydri qeyd edib ki, digər yaponiyalı alpinist Semba Takayasu isə yaralanıb.

Haydri yapon alpinistinin bəzi əşyalarını tapdıqlarını, lakin onun cəsədini tapmadıqlarını bildirib.

Hər il \minlərlə alpinist Pakistandakı zirvələrə qalxmaq üçün Gilgit-Baltistan bölgəsinə səfər edir.

Gilgit Baltistan bölgəsində 8000 metrdən yuxarı 5 zirvə, o cümlədən dünyanın ikinci ən yüksək dağı K2 yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru