Mayamidən Çilinin Santyaqo şəhərinə uçan “Latam Airlines”in pilotu özünü pis hiss edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Panamada təcili enişdən sonra ölüb.
Məlumata görə, Mayami-Santyaqo reysi ilə uçan “LA505” təyyarəsi üç ekipaj üzvündən birinin səhhəti ilə əlaqədar Panamanın Tokumen Beynəlxalq Hava Limanına təcili eniş etmək məcburiyyətində qalıb.
Aviaşirkətdən bildirilib ki, bütün zəruri təhlükəsizlik protokollarına əməl edilib, lakin pilotun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunub ki, 25 il təcrübəsi olan pilot əsl peşəkar olub. Aviaşirkət onun ailəsinə başsağlığı verib.