Polis silahlı qadını maşınla vuraraq zərərsizləşdirdi - ANBAAN VİDEO

17-08-2023, 12:04           
Polis silahlı qadını maşınla vuraraq zərərsizləşdirdi - ANBAAN VİDEO
ABŞ-ın Nyu York şəhərində silahla havaya atəş açan və ətrafdakıları təhdid edən qadını polis maşınla vuraraq zərərsizləşdirib.
Silahı ətrafına tuşlayan və daha sonra başına taxan qadın zərbənin təsirindən yerə yıxıldıqdan sonra polis tərəfindən nəzarətə götürülüb. Hadisə zamanı 33 yaşlı qaradərili qadının yüngül xəsarət aldığı bildirilib.
Nassau polis rəisi Patrik Rayder verdiyi açıqlamada polis məmurunun hərəkətinin normal protokolun bir hissəsi olduğunu, şübhəli şəxs bir çox ittihamlarla, o cümlədən ictimaiyyətə təhlükə törətmək, üç dəfə üçüncü dərəcəli hədə-qorxu gəlmək, silah saxlamaqda ittiham olunur. Bu gün günortadan sonra məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Bildirilib ki, şübhəli şəxs ötən ilin iyun ayından indiyədək iki dəfə oğurluq və ərazini pozduğu üçün həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru