Rusiyada 4 dəfə güclü zəlzələ baş verib. Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib. Bildirilib ki, Kuril adalarının şimal qrupu yaxınlığında (Saxalin bölgəsi) bir anda 5,7 maqnitudalı dörd zəlzələ qeydə alınıb. "Birinin maqnitudası 4,5, qalanının maqnitudası 5,0-5,7 olub".