Rusiyada tikintisi gedən buz arenası yandı: 200 nəfər təxliyə edildi (VİDEO)

18-08-2023, 00:05           
Rusiyada tikintisi gedən buz arenası yandı: 200 nəfər təxliyə edildi (VİDEO)
Rusiyanın Yekaterinburq şəhərində tikilməkdə olan buz arenasında yanğın baş verib, xilasedicilər 200 nəfəri təxliyə ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi və Rusiyanın Telegram kanalları məlumat yayıb.

"Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Yekaterinburqda tikilməkdə olan UMMC arenası yanıb", - media yazıb.

Astra Telegram kanalı hadisə yerindən foto və video yayımlayıb və qeyd edib ki, 10 kvadratmetr sahədə boya-lak materialları və izolyasiya materialları yanıb.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 200 nəfər təxliyə edilməli olub.
Xatırladaq ki, avqustun 17-də səhər saatlarında Volqoqradda "Krasnı Oktyabr” metallurgiya zavodunun ərazisində yanğın baş vermişdi.
"Küçə transformatorunun lokal yanğını”nın olduğu və yanğının artıq söndürüldüyü bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru