İran Müəllimlər Birliyinin katibi həbs cəzasına məhkum edildi - FOTO

18-08-2023, 10:10           
İran Müəllimlər Birliyinin katibi həbs cəzasına məhkum edildi - FOTO
İran Müəllimlər Birliyinin katibi həbs cəzasına məhkum edilib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi hökm çıxarıb.

Qərara əsasən, Müəllimlər Birliyinin katibi Tahirə Nəqiyə altı ay şərti həbs cəzası verilib, habelə beş il ölkədən çıxışına, siyasi qruplara üzv olmağa və mobil telefondan istifadəsinə qadağa qoyulub.
Qeyd edək ki, o, daha öncə hakimiyyət əleyhinə təbliğat aparmaq və yalan məlumatlar yaymaqda ittiham edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru