Moskvaya PUA hücumu - Mülki təyyarələr enə bilmədi

18-08-2023, 09:42           
Moskvaya PUA hücumu -
Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya rəsmiləri məlumat yayıb.

Bildirilir ki, PUA hava hücumundan müdafiə sistemləri ilə vurulub, aparatın qalıqları Moskvanın mərkəzindəki binaya çırpılıb. Hadisə yerində olan şahidlər güclü partlayış səsi eşitdiklərini bildiriblər.

Rusiya Müdafiə Nazirliyi və Moskva meri Sergey Sobyanin PUA Moskvanın Ekspo Mərkəzinə hücumdan sonra itkilərin olmadığını bildirib. Qeyd edək ki, Ekspo Mərkəzi Kremldən 5 kilometr məsafədə yerləşir.

Rusiya hücuma görə Ukraynanı ittiham edib. Kiyev rəsmiləri hücumla bağlı heç bir açıqlama verməyib.

Hücumdan sonra Moskva ətrafındakı dörd böyük hava limanında - Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovskidə hava hərəkəti dayandırılıb. Lakin sonradan hərəkət bərpa edilib. Rusiyanın hava nəqliyyatı agentliyi yeddi reysin alternativ hava limanlarına yönləndirildiyini bildirib.

Qeyd edək ki, son həftələr Rusiyanın paytaxtına PUA ilə hava hücumları artıb. Bu ayın əvvəlində üç gün ərzində iki dəfə Moskvadakı biznes dairəsinə hücum edilib.

Bundan əvvəl "New York Times" nəşri yazıb ki, Birləşmiş Ştatların kəşfiyyat agentlikləri Kremlə PUA ilə hücum edilməsinin arxasında ukraynalı casusların və ya hərbi kəşfiyyatın olduğuna inanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru