Nyu-Yorkda həbs olunan azərbaycanlı qadın sərbəst buraxıldı (FOTO)

18-08-2023, 13:28           
Nyu-Yorkda həbs olunan azərbaycanlı qadın sərbəst buraxıldı (FOTO)
ABŞ-də erməni təxribatının qarşısını alan həmyerlimiz Aludə Zeynalova Nyu-York Əyalətinin Cinayət Məhkəməsində hakim qarşısına çıxarıldıqdan sonra sərbəst buraxılıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, iki gün əvvəl ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən biri Meri Cobanyanın şikayəti əsasında Nyu-York polisi tərəfindən saxlanılan həmyerlimiz növbəti məhkəməyə qədər azadlığa buraxılıb. M.Cobanyan A.Zeynalovanı ona üçüncü dərəcəli xəsarət yetirməkdə ittiham edib.
Ətraflı

ABŞ dövlətinin A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün təyin etdiyi vəkil, əslən Cənubi Azərbaycandan olan Doran Khoyee Abbası həmyerlimizlə bağlı şikayət üzrə prosesin davam etdiriləcəyini deyib. O qeyd edib ki, növbəti məhkəmə tarixi sentyabr ayının sonlarına təyin olunub. Vəkil A.Zeynalovanın müdafiəsi üçün məhkəməyə qədər insidentə dair zəruri olan bütün dəlillərin və məlumatların toplanacağını bildirib.

Azərbaycanın ABŞ səfirliyindən "Report"a bildirilib ki, diplomatik nümayəndəlik baş verənləri yaxından izləyir, A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün bütün lazımı addımlar atılıb və bundan sonra da atılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru