Gecə saatlarında Rusiya hava hücumundan müdafiə qüvvələri paytaxta cənundan PUA hücumu cəhdinin qarşısını alıblar.
Publika.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Telegram" kanalında məlumat verib.
Mer əməyə görə hərbçilərə təşəkkür edib.
Bundan əvvəl Moskvanın iki hava limanında - Vnukovo və Domodedovoda pilotsuz uçuş aparatlarının (PUA) mümkün təhlükəsi ilə əlaqədar "Xalça" rejimi elan edilib. Bu, hava limanının üstündəki hava məkanının bağlanmasını və havadakı bütün təyyarələrin dərhal enməsini və ya geri çəkilməsini nəzərdə tutur.