Rusiyada güclü yağışın fəsadları: Damdan “şəlalə” axdı - VİDEO
21-08-2023, 09:18
Anbarın damından tonlarla su şəlalə kimi axır. Kadrlar Rusiyanın Moskva vilayətində marketpleys (elektron ticarət platforması) anbarındandır.
Hadisəyə səbəb leysan yağışlar olub.
Qeyd edək ki, güclü yağış səbəbindən Moskvada avqustun 21-i saat 00.00-a kimi hava şəraitinin “narıncı” səviyyəsi (hava təhlükəsinin üçüncü səviyyəsi) elan edilib.