Moskvaya PUA hücumu olub

21-08-2023, 10:28           
Moskvaya PUA hücumu olub
Rusiya Müdafiə Nazirliyinə yerli vaxtla saat 7 radələrində (Bakı vaxtı ilə 8:00-da – red.) Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın (PUA) terror aktı törətmək istədiyi barəsində məlumat gəlib. PUA aşkar edilərək Pokrovskoye qəsəbəsi yaxınlığında elektron döyüş vasitəsi ilə məhv edilib.

Bildirilir ki, Moskvanın bütün hava limanlarında “xalça” rejimi elan edilib, bir neçə reys təxirə salınıb.

Daha sonra Rusiya Müdafiə Nazirliyi Moskva yaxınlığında daha bir pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.
Mənbə: Baza












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru