Yanan binanın qarşısında polislə sakinlərin qarşıdurması - Video

20-05-2015, 11:35           
Yanan binanın qarşısında polislə sakinlərin qarşıdurması - Video
19 mayda Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında axşam saatlarında polislə binaya baxmağa gələn sakinlər arasında qarşıdurma olub. Polislər vətəndaşları binadan uzaqlaşmağa çağırıblar, bu isə onların narazılığına səbəb olub.

Polis: Xanım, xahiş edirəm qırağa dur.

Qadın: Qorxursunuz ki, camaat mitinq edər, yol kəsər?

Polis: Qoyun camaat işin görsün. Get otur evində , nəyə baxırsan ?

Qadın : Niyə, niyə oturum evimdə ? Millət ölüb, millətin fəryadına gəlmişəm. Niyə otururam evimdə?

Polis : Fəryadına gələrsən, lazım olanda gəlib köməkləşib evin alarsan, evin düzəldərsən.

Qadın : Evin düzəldərəm? Camaatdan qorxurlar ki, yolu kəsərlər, ona görə camaatı qışqırdırlar.

Polis : Yolu kəsənin də cəzası var. Aparıb cəzasın veririk. Dubinka var... Get...

Qadın : Getmirəm. Döyüb öldürəcək məni, qoy öldürsün. Millətimi qırıblar, ona baxıram.

Polis işçisinin onu vurduğunu deyən sakin polis və digər hüquq-mühafizə orqanının işçiləri ilə əlbəyaxa olub. Daha sonra vətəndaş sakitləşdirilərək ərazidən çıxarılıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.