Rusiya donanmasının qərargahı vuruldu – Sevastopol limanı yenə yanır (VİDEO, FOTO)

22-09-2023, 16:57           
Rusiya donanmasının qərargahı vuruldu –
Bu gün Ukrayna Silahlı Qüvvələri növbəti dəfə Krımdakı Sevastopol limanına zərbə endirib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Rusiya Qara dəniz hərbi donanmasının Sevastopol limanında yerləşən baş qərargahına dəqiq raket zətbəsi endirilib. Qərargahın binasının damı çöküb və üst mərtəbələri dağılıb. İtkilərin sayı barədə rəsmi məlumat verilmir. Lakin Rusiyanın müstəqil mənbələri 6 nəfərin xəsarət aldığını bildirirlər.

Qərargaha raket hücumu barədə xəbəri Krımın işğalçı administrasiyasının rəhbərliyi də təsdiqləyib və zərbələrin təkrarlana biləcəyinə dair əhaliyə xəbərdarlıq edib. Eyni zamanda bildirilir ki, dron və raket hücumu Krımın digər ərazilərində, hərbi hissələrdə və aerodromlarda da qeydə alınıb. Həmçinin, Krım körpüsünün bağlandığı barədə xəbərlər yayılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru