Hindistanda qatar relsdən çıxıb, ölən və xəsarət alanlar var 12-10-2023, 08:27 Hindistanın Bihar ştatında qatarın relsdən çıxması nəticəsində azı 4 nəfər ölüb.“Report” xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti məlumat yayıb.Qəza zamanı daha 60 nəfərin xəsarət aldığı bildirilir.Hadisə yerində xilasetmə əməliyyatları davam edir.Qəzanın başvermə səbəbi açıqlanmır. Facebook-da paylaş