Mərkəzi Bank Şərurlu İsfəndiyarı məhkəməyə verdi 12-10-2023, 21:30 Mərkəzi Bank “Şərur” MTK şirkətinin rəhbəri İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı məhkəmə iddiası qaldırıb.Qaynarinfo-nun məlumatına görə, iddiası ipoteka krediti ilə bağlıdır.Cavabdeh qismində “Çinar-Araz Firması” Məhdud Məsuliyyətli Cəmiyyəti, maraqlı şəxs qismində Əmanətlərin Sığortalanması Fondu da yer alır.İddia “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – İpoteka müqaviləsi üzrə mübahisələr”i üzrədir.Qeyd edək ki, “Çinar-Araz Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Mübariz Abdullayev Mahmud oğludur.İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq. Facebook-da paylaş