Gürcüstanda azərbaycanlı şəxs güllələnərək qətlə yetirilib 13-10-2023, 00:03 Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib.APA-nın Gürcüstan bürosu xəbər verir ki, insident yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib.Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.O, aldığı güllə yarasından yerindəcə keçinib.Əraziyə polis cəlb olunub, faktla bağlı istintaq başladılıb. Facebook-da paylaş