Kadırovun Quranı yandıran Juravlyovla söhbəti - Video

13-10-2023, 09:54           
Kadırovun Quranı yandıran Juravlyovla söhbəti - Video
Çeçenistanın rəhbəri Ramzan Kadırov "Qurani-Kərim"i yandırmaqda ittiham olunan Nikita Juravlyovla yeni video paylaşıb.

Bakupost.az "Baza"ya istinadla xəbər verir ki, videoda Juravlyov Kadırova islamı qəbul etməyə hazırlaşdığını bildirir.

Lakin Kadırov ona inanmır:

- İslamı qəbul edirsən?

- Bəli

- Sən bunu ürəkdən demirsən! Gözlərin harasa başqa yerə baxır.

Kadırov həmçinin Juravlyovu "şeytan" adlandrıb.

Görüntülərdən aydın olur ki, video 15 yaşlı Adam Kadırovun Juravlyovu döydüyü yerdə çəkilib. Bu hadisədən 2 ay sonra Kadırovun oğluna Çeçenistan qəhrəmanı adı verildi.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru