Britaniyanın atom sualtı qayığı fəlakətin bir addımlığından döndü - FOTO

21-11-2023, 15:54           
Britaniyanın atom sualtı qayığı fəlakətin bir addımlığından döndü - FOTO
Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus olan “Vanguard” sinfinə aid atom sualtı qayığı dərinlikölçən sensorun nasazlığına görə batmaq üzrə olub. Hadisə vaxtı gəminin göyərtəsində 140 nəfər olub.

Məlumata görə, “Trident 2” ballistik raketləri daşıyan sualtı qayıq Atlantik okeanında patrul xidmətinə hazırlaşanda onun dərinlikölçən sensorları sıradan çıxıb. Nəticədə sualtı qayıq nasazlıqdan xəbərsiz heyətlə “təhlükə zonasına” daxil olmaq üzrə olub. Sualtı qayığın arxa hissəsində olan mühəndislər ikinci dərinlikölçən vasitəsilə son anda nasazlığı görüblər və dərhal həyəcan siqnalı veriblər.

Mənbə təhlükəsizlik səbəbindən söhbətin hansı sualtı qayıqdan getdiyini və hadisənin hansı dərinlikdə baş verdiyi deməyib.

Britaniya komandanlığı hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Böyük Britaniyada cəmi dörd “Vanguard” sinifli atom sualtı qayığı var - “HMS Victorious”, “HMS Vanguard”, “HMS Vigilant” və “HMS Vengeance”. Onların hamısı “Trident” nüvə ballistik raketləri ilə silahlanıb. Bu dörd sualtı qayıqdan yalnız ikisi istismara yararlıdır.



Mənbə: “The Sun” qəzeti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.