ABŞ tarixində ilk dəfə azotdan istifadə edilərək edam prosesi həyata keçiriləcək.
“Qafqazinfo” “NBC News”a istinadən xəbər verir ki, bu barədə məlumatı Alabama ştatının məhkəməsi yayıb.
Məlumata görə, 1988-ci ildə bir qadını qətlə yetirməyə görə mühakimə edilən 58 yaşlı Kennet Yucin Smit yanvarın 25-i azot verilərək edam ediləcək.
Qeyd olunur ki, azotla edam cəzasına Alabama, Oklahoma və Missisipidə icazə verilsə də, bu günə qədər istifadə edilməyib. Bu üsulun ağrısız olacağı bildirilir. ABŞ-də edam əsas olaraq barbiturat preparatından istifadə edilərək həyata keçirilir.