İki helikopter toqquşdu: 10 ölü - Anbaan video

23-04-2024, 15:17           
İki helikopter toqquşdu: 10 ölü -
Malayziyanın Lumut şəhərində iki helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.

TNS xəbər verir ki, bu barədə Malayziyanın Yanğınsöndürmə və Xilasetmə Xidməti bildirib.

Xidmət hər iki helikopterdə olan 10 ekipaj üzvünün həlak olduğunu açıqlayıb.

Bildirilib ki, yanaşı uçan helikopterlərdən biri digərinin pərvanəsinə ilişib, bundan sonra hər iki hava nəqliyyatı vasitəsi yerə düşüb.

İlkin məlumata görə, helikopterlərdən biri idman stadionunun pilləkənlərinə, digəri isə stadiondakı hovuza düşüb. Onlardan birində 3, digərində 7 ekipaj üzvü olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru