Dövlət qoruğundan oğurlanan eksponat Həzrəti Əlinin adı ilə bağlıdır
30-08-2016, 17:06
“Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğundan Həzrəti Əlinin adı ilə bağlı olan eksponat oğurlanıb.
Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.
Şöbə müdirinin sözlərinə görə, hadisə avqustun 26-dan 27-nə keçən gecə "Əli daşı" pirində qeydə alınıb: “Məlum olub ki, oğurlanan tarixi eksponat Həzrəti Əlinin adı ilə bağlıdır. Qoruq rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib, hazırda istintaq aparılır”.
* * *12:00
Abşeron rayonunda oğurluq olub.
“Report”un xəbərinə görə, hadisə Mədəniyyət və Turizm Nazirliyinin “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunda qeydə alınıb. Belə ki, həmin təbiət qoruğuna daxil olan “Əli daşı” pirindən tarixi eksponat oğurlanıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə “Yanardağ” ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan olunub. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq ve qədim məscid, “Q