DƏRBƏNDDƏ VƏ MAHAÇQALADA TERROR AKTLARI TÖRƏDİLİB - Ölənlərin və yaralananların sayı artır + VİDEOLAR (Yenilənib)

24-06-2024, 09:24           
DƏRBƏNDDƏ VƏ MAHAÇQALADA TERROR AKTLARI TÖRƏDİLİB - Ölənlərin və yaralananların sayı artır + VİDEOLAR (Yenilənib)
Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində ölənlərin sayı 6-ya, xəsarət alanların sayı isə 23 nəfərə çatıb. Ölənlərin polis əməkdaşları olduqları bildirilir.

Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Bundan başqa Dağıstanın Dərbənd şəhərində bütün kütləvi tədbirlər ləğv edilib.

Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb ki, atəş açan iki silahlı məhv edilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Mənbə: "112" "Telegram" kanalı

***

Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində naməlum şəxslərin hücumu nəticəsində 1 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.

Bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Mahaçqalada ilkin olaraq bir polis əməkdaşı həlak olub, altısı yaralanıb”, - məlumatda deyilir.

Mülki əhali arasında yaralı və ölənlərin olmadığı qeyd edilir. “BAZA” teleqram kanalı məlumat yayıb ki, polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.

Bundan əvvəl Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub.//Report

***

Rusiyanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.

Bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00- Qeyd) Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – məlumatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru