İsmayıllıda torpaq sürüşməsi olub: Evlərə ziyan dəyib

24-06-2024, 08:38           
İsmayıllıda torpaq sürüşməsi olub: Evlərə ziyan dəyib
İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi olub.

"Report" xəbər verir ki, torpaq sürüşməsi nəticəsində bir neçə fərdi yaşayış evi təhlükəli vəziyyətlə üzləşib.

Buna səbəb son zamanlar Şimal-qərb bölgəsində aramsız yağan yağışların sürüşmə zolaqlarını aktivləşdirməsi olub. Leysandan əsasən dağətəyi ərazilərdə olan evlər zərər çəkib.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi bir-iki gün davam etsə, kənddə yaşamaq mümkün olmayacaq. Bundan başqa, dağlardan sel suları ilə gələn gil qatı həyətyanı sahələrdə də bir sıra çətinliklər yaradıb.

Məsələ ilə bağlı Qoydan kənd icra nümayəndəsi Vüqar Bəşirov bildirib ki, aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçiriblər:

"Şəkillər çəkilib, koordinatlar götürülüb. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə yaşayan insanların təhlükəsizliyinin qorunması üçün lazımı addımlar atılacaq".















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru