Bakıda dollar ajiotajı: Vətəndaşlar bank işçilərinə hücum çəkir – FOTO
5-09-2016, 16:10
Bakıda banklar tərəfindən dollar satışına qoyulan qeyri-qanuni qadağa əhali arasında ciddi narazılığa səbəb olub.
AZXEBER.COM xəbər verir ki, bankların bir çoxunun qarşısında təəcili dollar almaq istəyən vətəndaşlar toplaşır. Hazırda ölkə üzrə 17-yə yaxın bank dollar satışını tamamilə dayandırıb digərləri isə şəxsiyyət vəsiqəsi ilə yalnız bir nəfərə 100 dollar satırlar.
Artıq bəzi bankların qarşısına toplaşan vətəndaşlarla bank əməkdaşları arasında ciddi narazılıqlar yaranıb. Hətda banklar qarşısında təhlükəsizlik tədbirləri daha da gücləndirilib.