Bakıda ermənilərə casusluq edən separatçının kitabları satılır - ilginc məqam - FOTOLAR

5-09-2016, 16:44           
Bakıda ermənilərə casusluq edən separatçının kitabları satılır - ilginc məqam - FOTOLAR
Facebook sosial şəbəkəsində böyük qalmaqala səbəb ola biləcək məlumat paylaşılıb. Gundeminfo.az Modern.az-a istinadən xəbər verir ki, həmin məlumata görə, Bakının mərkəzi kitab mağazalarından birində qondarma «Talış-Muğan Respublikasının» ideoloqlarından biri olan və xüsusilə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Fəxrəddin Abbaszadənin dörd kitabı satışdadır.

“Bu ünsürün kimliyi və hansı qabdan yal yeməsi talışlara da, azərbaycanlılara da yaxşı məlumdur. Kitabın redaktoru isə erməni xislətli, hazırda Rusiya vətəndaşı olan və Şuşa vasitəsi ilə Ermənistandan yaımlanan TMV (Tolişə milliyə vindəsədo) –«Talış Milli Televiziyasının» aparıcısı, əslən lənkəranlı olan Zabil Madojdur. Kitablar İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Qarnik Asatryanın vasitəsilə Belorusda və İranda yaradılan, fəaliyyətini Azərbaycana qarşı yönəldən «Talış Milli Akademiyasının» nəşrləridir.

Kitablar nə Belarusda, nə Ermənistanda, nə də İranda deyil, Bakıda çap olunub”,-deyə Facebook-da həyəcan təbili çalınıb.

Yəqin ki, müvafiq qurumları məsələyə biganə yanaşmayacaqlar...

Qeyd edək ki, Fəxrəddin Abbaszadə mütəmadi olaraq Ermənistan mətbuatında Azərbaycanın əleyhinə danışdırılır. Xaricdəki bəzi güc mərkəzləri Fəxrəddin Abbaszadə kimiləri vasitəsilə ölkəmizdə yeni etnik münaqişə ocaqları yaratmağa çalışırlar.
Separatçılıqla məşğul olan birisinin yazdığı kitabın Bakıya necə gətrildiyi, hələ bu azmış kimi satışa çıxarıldığı təccüb doğurur...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.