Ukraynada güllələnən keçmiş deputat öldü

20-07-2024, 11:38           
Ukraynada güllələnən keçmiş deputat öldü
Ukraynada naməlum şəxs tərəfindən güllələnən Ali Radanın keçmiş deputatı İrina Farion Lvovda xəstəxanada dünyasını dəyişib.

Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski "Telegram" kanalında bildirib.

"Həkimlərin bütün səylərinə baxmayaraq, İrina Farionu xilas etmək mümkün olmadı" , - o qeyd edib.

Hüquq-mühafizə orqanları hücum edənin şəxsiyyətinin müəyyən edilərək tutulması istiqamətində tədbirlər görür, faktla bağlı cinayət işi açılıb.
oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru