Yəməndə güclü daşqınlar nəticəsində 24 nəfər itkin düşüb
29-08-2024, 17:24
Yəməndə keçən gecə yağan leysan yağışları nəticəsində yaranan güclü daşqınlar evləri dağıdıb və azı 24 nəfərin itkin düşməsinə səbəb olub.
Polisin üsyançıların mediasına verdiyi açıqlamasında deyilib ki, İranın dəstəklədiyi husi üsyançılarının nəzarətində olan paytaxt Sənanın qərbində yerləşən Əl-Mahvit vilayətində baş verən daşqınlar bir neçə evin uçmasına səbəb olub.
Polisin bildirdiyinə görə, vilayətin Melhan rayonunda 7 evin uçması nəticəsində azı 24 nəfər itkin düşüb.
Rəsmilər itkilər barədə hələ məlumat verməyib. Lakin sosial mediada yayılan görüntülərdə seldən sonra ədyala bükülmüş cəsədlərin olduğu iddia edilib.
France Press xəbər agentliyi görüntülərin həqiqiliyini müstəqil olaraq yoxlaya bilməyib.
Yəmənin qərbindəki dağlar güclü mövsüm yağışlarına meyllidir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, iyulun sonundan bəri daşqınlar 60 nəfərin həyatına son qoyub və 268 min nəfərə ziyan vurub.
Qərb və mərkəz bölgələrə daha pis hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
Bu ayın əvvəlində Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq etmişdi ki, müharibədən zərər çəkmiş Yəməndə ekstremal hava şəraitinə fövqəladə tədbirləri genişləndirmək üçün təcili olaraq 4,9 milyon dollara ehtiyac var.
İqlim dəyişikliyi əsasən husi üsyançılarının nəzarətində olan Yəmən yüksəkliklərində mövsümi yağışlar tez-tez baş verir və intensivliyini artırır.