Yük maşını kabelə ilişdi - işçini asfalt boyunca sürüdü VİDEO

30-08-2024, 07:04           
Yük maşını kabelə ilişdi -
Çelyabinskdə yük maşını kabeli tutaraq işçini asfalt boyunca sürükləyib.

Bu barədə Fövqəladə Hallar Agentliyinin Telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, hadisə fəhlələrin məftil çəkməklə məşğul olduğu Truda və Engels küçələrinin kəsişməsində baş verib. Yaxınlıqdan keçən ağır yük maşını kabelə yapışaraq kişilərdən birini bir neçə metr yerlə sürüyüb.

Hadisə nəticəsində yaralanan işçinin təcili yardım maşını ilə hadisə yerindən aparıldığı bildirilir. Onun vəziyyəti ilə bağlı məlumat verilməyib.

Hadisənin videosunu 74.RU nəşri yayıb . Görüntülərdə işçinin asfaltın üzərinə yıxıldığı görünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru