"Ekologiya postu" ərazisində ağacların yanması ilə bağlı araşdırma aparılıb, akt tərtib olunub

25-09-2024, 16:20           
"Ekologiya postu" ərazisində ağacların yanması ilə bağlı araşdırma aparılıb, akt tərtib olunub
Abşeron rayonu, Xırdalan şəhəri yaxınlığında, "ekologiya postu" adlanan ərazinin arxasındakı yaşıllıq sahədə ağacların yanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.Bunu Ekologiya.az n sorğusuna cavab olaraq Xidmət rəsmisi Asif Məcidov bildirib.
O qeyd edib ki, əraziyə baxış keçirilib və faktla bağlı akt tərtib edilib. Yanğının səbəblərinin müəyyənləşdirilməsi və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə sənədlər Fövqəladə Hallar Nazirliyinin Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilib.
Xidmət rəsmisi qeyd edib ki, sözügedən ərazidə əvvəlki illərdə də yanğın hadisəsi baş verib, akt tərtib olunaraq təbiətə dəyən ziyan hesablanıb və sənədlər aidiyyəti qurumlara göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru