"Maşınların üsyanı": Avtomobili rusiyalı sürücünü öldürməyə "çalışdı"

26-09-2024, 17:15           
"Maşınların üsyanı": Avtomobili rusiyalı sürücünü öldürməyə "çalışdı"
Rusiyada qəribə hadisə baş verib. Belə ki, avtomobili öz sürücüsünü öldürməyə "çalışıb".
"Lenta dnya" "Telegram" kanalının verdiyi məlumata görə, zərərçəkən bununla bağlı sosial şəbəkədə görüntüləri paylaşıb.

Onun sözlərinə görə, tikinti sahəsinin yanından keçən yolla gedərkən birdən onun maşını öz-özünə hərəkət trayektoriyasını dəyişib və tam sürətlə tikinti tirlərinə çırpılıb. Bu zaman metal konstruksiyalardan biri avtomobili dələrək sürücüdən bir neçə santimetr məsafədən keçib. İkinci tir birbaşa sürücü oturacağına sancılıb, yalnız xoşbəxtlikdən avtomobil sahibinin özünə toxunmayıb.

"Möcüzə oldu ki, başım salamat qaldı", - deyə sürücü hadisədən dərhal sonra çəkdiyi şok videonu şərh edib.

Zərərçəkənin sözlərinə görə, onun Çin istehsalı olan avtomobilində sükan sistemi elektron gücləndirici ilə təchiz edilib. Buna görə, ekspertlər hesab edirlər ki, avtomobilin elektron sistemlərində yaranan nasazlıq hadisəyə səbəb olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru