İsrail ordusu yenidən Beyruta hücum edib
27-09-2024, 08:44
Hədəfdə Hizbullahın aviasiya bölməsinin komandiridir
İsrail ordusu Beyruta hücum edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə israil ordusunun Mətbuat Xidmətindən bildirilib.
İsrailin “Telegram” kanalları yazıb ki, hücumun hədəfi Hizbullahın aviasiya bölməsinin komandiridir.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) 7 oktyabr 2023-cü ildə İsrailə hücumda iştirak edən yaraqlıları məhv edib.
Onların arasında Qəzza zolağında silah qaçaqmalçılığına şərait yaradan və İordan çayının qərb sahilində terror hücumlarına rəhbərlik edən Süleyman Əbu Lafinin, Abdullah Əbu Lafinin, İslami Cihad döyüşçüsü Süleymanın qardaşının, HƏMAS Nuxba xüsusi təyinatlılarının komandiri və 7 oktyabrda İsrailin işğalında iştirak etmiş digər yaraqlılar var.
Qeyd edək ki, İsrail Livandakı hava hücumlarının quru əməliyyatından əvvəl yalnız başlanğıc olduğunu bəyan edib. Bildirilib ki, İsrailin düşməni Livan deyil, Hizbullahdır ki, o da öz növbəsində 1500 döyüşçünün sıradan çıxarıldığını etiraf edir.
Müəllif: Ayna.az