Moskvada PUA mütəxəssisləri hazırlayan polkovnik öldürüldü – FOTO

29-09-2024, 08:34           
Moskvada PUA mütəxəssisləri hazırlayan polkovnik öldürüldü – FOTO
Moskvada Rusiya ordusunun polkovniki Aleksey Kolomeytsev qətlə yetirilib.

Bu barədə Ukrayna mətbuatı Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, Moskva vilayətində öldürülən Kolomeytsev Rusiya Silahlı Qüvvələrində 927-ci PUA mərkəzinə rəhbərlik edib və PUA operatorlarının hazırlanmasında birbaşa rol oynayıb. Ukrayna tərəfi onu hərbi cani kimi təqdim edir.

Xəbərə görə, Kolomeytsevin məhv edilməsi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən “yerli müqavimət hərəkatı” ilə birgə həyata keçirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.