Nepalda son 50 ilin fəlakəti: Azı 112 nəfər öldü

30-09-2024, 17:44           
Nepalda son 50 ilin fəlakəti: Azı 112 nəfər öldü
Həftəsonu Katmandu və ətraf ərazilərə yağan güclü yağışlar nəticəsində azı 112 nəfər ölüb, 70-ə yaxın adam itkin düşüb.
TASS xəbər verir ki, Nepalın paytaxtında 1970-ci ildən bəri ən yüksək yağıntı qeydə alınıb. Nəticədə alçaq ərazilərdə daşqınlar və sel baş verib.

Himalay Ştatının Meteorologiya Mərkəzinin məlumatına görə, Katmanduya orta hesabla 240, bəzi bölgələrdə isə 322 mm yağıntı düşüb.

Polis sözçüsü Dan Bahadur Karki jurnalistlərə bildirib ki, xilasetmə əməliyyatları davam etdiyi üçün ölənlərin sayı arta bilər. Xilasetmə qrupları üç mindən çox insanı təhlükəsiz yerlərə daşıyıb. Əməliyyatlara helikopterlər və motorlu qayıqlar cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru