Müasir Romeo və Cülyetta -
4-10-2024, 12:58
Vatikan Bankı iki əməkdaşını evlənmək qərarına gəldiyi üçün işdən çıxarıb.
Qaynarinfo "The Guardian" xəbər verir ki, İtaliya mətbuatı artıq kişi və qadını "Romeo və Cülyetta" adlandırıb.
Cütlük avqust ayında evlənib. Amma bank əvvəllər işçilər arasında qohumbazlığın qarşısını almaq üçün əməkdaşların evliliyinə qadağa qoyub. Yeni evlənənlərə birinə işdən çıxmaq üçün bir ay vaxt verilib. Bununla da bank qaydalarını pozmaqdan qaçmaq mümkün olar və cütlükdən yalnız biri işini qoruyub saxlaya bilərdi.
Lakin onların heç biri işdən çıxmaq istəmədiyi üçün ultimatumun müddəti bitəndə bank hər ikisini vəzifədən azad etməyə məcbur olub. Vatikan Bankı açıqlamasında bunun "çətin qərar", lakin "işçilər arasında ailənin qurulmasının əslində mövcud qaydalara açıq şəkildə zidd olduğunu" bildirib.
"The Guardian" qeyd edir ki, Vatikan Bankı son 10 ildə bir sıra yüksək səviyyəli qalmaqallardan sonra öz reputasiyasını təmizləmək üçün xeyli səy göstərib. Bu prosesin bir hissəsi olaraq aprel ayında bir ailənin nümayəndələrinin bankda işləyə bilməməsinə dair qərar qəbul edilib. Bu qadağanın əsas məqsədi qohumbazlıq ittihamları və mümkün maraqların toqquşması səbəbindən reputasiya risklərindən qaçmaqdır.
Sentyabr ayında yeni evlənənlər Papa Fransiskə "ədalətsiz vəziyyətdən" şikayət etdikləri məktub göndəriblər. Cütlük işi Vatikan məhkəməsinə də verə bilər.