“Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan şəxs 42 nəfərə qarşı dələduzluq edib
4-10-2024, 12:45
Xarici ölkələrə viza düzəltmək adı ilə vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməlləri törətməkdə təqsirləndirilən Rüfət Piriyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
TEREF Pravda.az-a istinadən xəbər verir ki, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Anar Sadıqovun icraatına verilib.
İş üzrə 42 zərərçəkmiş var.
“Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Onun ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər.
Qeyd: Rüfət Piriyev bu il yanvarın əvvəlində polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.