Ölkəyə buraxılmayan iş adamının diplomat qardaşı: müraciətə cavab gözləyir

20-09-2016, 22:21           
Ölkəyə buraxılmayan iş adamının diplomat qardaşı: müraciətə cavab gözləyir
Xəbər verdiyimiz kimi Azərbaycanda çalışan “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfırat Türkiyədən Bakıya gələrkən sərhəddən geri qaytarılıb. Azərbaycana girişinə qadağa qoyulan ünlü iş adamı özüylə bağlı bu qərarı FETÖ-nun Azərbaycanda güclü olması ilə əsaslandırıb. Hüseyn Büyükfırat illərdir ki, Fətullah Gülənə qarşı mübarizə apardığını və onun Azərbaycandakı tərəfdarları ilə gərgin münasibətdə olduğunu deyib.

O, həmçinin, Azərbaycana buraxılmamasına görə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun narahat olduğunu və bu məsələni rəsmi Bakı ilə müzakirə edəcəklərini bəyan edib.

Qeyd edək ki, Hüseyn Böyükfıratın qardaşı Abdulqafur Büyükfırat Türkliyənin Azərbaycandakı səfirliyində təhsil müşaviridir. İş adamının diplomat qardaşı açıqlamasında ortada dəyişən bir şeyin olmadığını deyib. Abdulqafur Büyükfırat qardaşının səfirliyə və Azərbaycanın müvafiq orqanlarına müraciət etdiyini deyib: “Müraciətləri var. Hələlik, hər hansı bir cavab yoxdur. O, da cavab gözləyir”.

Türkiyə səfirliyinin məsələni araşdırıb-araşdırmamasına gəlincə, Büyükfırat bu barədə hər hansı fikir söyləməkdən çəkindi: “Bildiyim yeni bir şey yoxdur”. (Gununsesi.info)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.