Braziliyada elektrik enerjisi bahalaşıb, inflyasiya sürətlənib
10-10-2024, 15:54
Cənubi Amerikanın ən böyük iqtisadiyyatı olan Braziliyada mərkəzi bankın yüksək faiz siyasətinə baxmayaraq elektrik qiymətlərində artım sentyabr ayında inflyasiyanın sürətlənməsinə səbəb olub.
İndex.az xəbər verir ki, rəsmi məlumata görə, istehlak qiymətləri əvvəlki ilə nisbətən 4,42% artıb.
İqtisadçılar Braziliyada illik inflyasiyası 4,44% olacağını proqnozlaşdırırdılar.