XEYİR KİMİ ŞƏR DƏ ALLAHDANMI GƏLİR? – Ziddiyət doğuran məqamlar

22-09-2016, 09:08           
XEYİR KİMİ ŞƏR DƏ ALLAHDANMI GƏLİR? – Ziddiyət doğuran məqamlar
Tənqid edilən ən aktual mövzulardan biri də yaxşılıq və pisliklə bağlı olan ayələrdir. Əvvəlcə, Nisa surəsindəki bəzi ayələri müşahidə edək:
Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!”– deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar? Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər.( Nisa surəsi, 78-79)
78-ci ayədə “Hamısı Allahdandır” şəklində bildirildiyi halda, 79-cu ayədə bəlaların insanın özündən olduğu göstərilir. Bu iki tərcümədə məna eyni kimi görünsə də, ayədə ərəb dilində bir-birindən tamamilə fərqli bir neçə məna daşıyan bir kəlmə işlənmişdir. 78-ci ayəyə baxdıqda “Hamısı Allahdandır” ifadəsinin ərəbcəsində indi ( tərəfindən ) kəlməsi keçir. Lakin yuxarıda tərcüməsini göstərdiyimiz 79-cu ayədə həmin kəlmə işlənmir. Bu kəlmə isə çox ciddi məna fərqinin yaranmasına səbəb olur. Hər şey Allahdandır ( indi Allah- indillah-). Bu ayələrin yerinə doğru tərcümə olunmuş kəlmələri qoyanda ortada ziddiyət deyilən bir şey qalmır.
Nəticədə hər şey Allahın diləməsi və təqdiri ilə reallaşır. Baş verən bəlalar isə insanların öz əlləri ilə etdiklərinə görədir. Məsələn, bir insan əlini alova tutarsa yanar. Əlinin yanması Allahın yaratdığı qanunların gərəyidir. Ancaq əli yanan burada əlini o alova tutandır. Məsuliyyət əlini alova salan insanın üzərindədir; amma onun əlini yandıran bu təbiət qanunlarını yaradan Allahdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.