Beyinin fəaliyyətini pozan qida

14-10-2024, 15:58           
Beyinin fəaliyyətini pozan qida
Həddindən artıq şəkər istehlakı beynə zərər verə bilər. Almaniya Nevrologiya Cəmiyyətinin (DGN) və Alman Beyin Fondunun alimləri belə qənaətə gəliblər. Foodinfo.az xəbər verir ki, bu barədə “Pronews” məlumat yayıb.Almaniya Beyin Fondunun prezidenti Frank Erbqurt şəkəri beyni məhv edən məhsul adlandırıb. O, aydınlaşdırıb ki, şəkər yalnız həddindən artıq istehlak edildikdə zəhərə çevrilir.Materialda qeyd edildiyi kimi, yüksək qan şəkəri beynin qan damarlarını zədələyir və qan damarlarının divarlarında lövhələrin çökməsinə səbəb olur, qan axını azaldır və qida maddələrinin beyinə çatdırılmasını pozur. Bu proses insult da daxil olmaqla müxtəlif problemlərə səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru